Mənzil-Tikinti Kooperativəri üçün
RahatBina platforması vasitəsi ilə siz Mənzil-Tikinti Kooperativinə daxil olan Kompleksləri, Binaları və Mənzilləri rahat idarə edə bilərsiz.
Mənzil sahiblərinə Mənzil-Tikinti Kooperativi tərəfindən göstərilən xidmətlərə görə təqdim olunan hesab fakturalar tam elektron və avtomatik şəkildə təqdim edilir. Platforma tərəfindən yaradılan hesab fakturalar mənzil sahiblərinin şəxsi hesablarına göndərilir və bu barədə hər-bir mənzil sahibi məlumatlandırılır. Məlumatlandırma avtomatik formada həyata keçirilir ve mənzil sahiblərinin şəxsi hesablarına, elektron ünvanlarına (E-mail) və SMS vasitəsi ilə göndərilir. Mənzil sahibi şəxsi hesabına daxil olaraq ona təqdim edilmiş hesab fakturaları görüb, nəzərdən keçirdib onlayn ödəməy imkanına malikdir. Ödənişlər ani olaraq Mənzil-Tikinti Kooperativinin bank hesabına köçürdülür. Bütün əməliyyatlar və onnarın statusu Mənzil-Tikinti Kooperativinə ayrılmış hesabda statistik məlumatlar formasında toplanır. Sonradan Mənzil-Tikinti Kooperativi əməkdaşı tərəfindən təhlil edilməsi imkanı yaradılır.
Platformaya qoşulmaq və imkanlardan yararlanmaq üçün tək tələb bizim nümayəndə ilə əlaqə saxlamaqdı.
Platforma çərçivəsində əldə edə biləcəyiniz funksionallıqın bir qismi:
- Mənzil-Tikinti Kooperativi şəxsi idarəetmə paneli
- Mənzil-Tikinti Kooperativinə daxil olan komplekslərin yaradılması
- Komplekslərə daxil olan binaların yaradilması
- Binaların mənzil hesablarının yaradılması
- Mənzil sahibinə hesab məlumatlarını E-mail və ya SMS vasitəsi ilə göndərilməsi
- Mənzil-Tikinti Kooperativi əməkdaşlarının əlavə edilməsi və muvafiq hüquqların təyin edilməsi
- Hər bir mənzilə dair göstərilən xidmətlərin əlavə edilməsi
- Xidmətlərə dair mənzil sahiblərinə hesab fakturaların avtomatik təqdim edilməsi
- Sakinlərin yeni hesab fakturaları barədə bildirişlərin avtomatik gondərilməsi (şəxsi hesablarına, E-mail, SMS)
- Sakinlərə təqdim edilmiş hesab fakturaların onlayn ödənişi
- Ümumi nəzarət paneli
- Statistik məlumat gəstəriciləri
- Borclu mənzillərin sıralama ilə göstərişi
- Hesab fakturanin nəğdi ödəniş qarşılıqında bağlanması
- Sakinlərə individual hesab fakturanın teqdim edilməsi
- Sakinlərin əlaqə məlumatlarını özündə cəmləyən kontakt sistemi
- Kompleksə, Binaya daxil olan sakinlərin qrup şəkləndə yazışmasını təmin edən tam funksional ÇAT sistemi
- Sakinlərin öz arasında yazışmasını təmin edən tam funksional ÇAT sistemi